Türk ailəsi Fransada amansızlıqla qətlə yetirildi

Türk ailəsi Fransada amansızlıqla qətlə yetirildi

13 İyul 2016 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Folsşviller şəhərində 4 nəfərdən ibarət türk əsilli Daşdəmir ailəsi evlərində vəhşicəsinə öldürülmüş halda tapılıb.

Məlumata görə, ailənin başçısı Gökhan Daşdəmirin biləkləri kəsilib, onun xanımı və 3, 7 yaşlı uşaqları isə boğularaq öldürülüb.

Araşdırmalara görə, ata əvvəlcə uşaqlarını və həyat yoldaşını öldürüb, daha sonra isə özü intihar edib.

Lakin ailənin qohumları qaraj qapısının açıq olması və ailəyə məxsus avtomobilin evdən 200 metr kənarda tapılması faktlarını nəzərə alaraq, cinayət ehtimalının da araşdırılmasının lazım olduğunu bildiriblər.

Mediainfo.az