Zavoddan oğurluq etmək istədilər

Zavoddan oğurluq etmək istədilər

13 İyul 2016 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 11-də "Azərkimya" İB-nin "Etilen-Polietilen" zavodunun balansında olan ərazidən dəmir boru oğurlamağa cəhd göstərmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də "Azərkimya" İB-nin "Etilen-Polietilen" zavodunun balansında olan ərazidən 154 metr dəmir borunu hissələrə bölüb oğurlamağa cəhd göstərmiş Bərdə rayon sakini Firdovsi İsayev, Bakı şəhər sakini Bəhrəm Cəfərov və Sumqayıt şəhər sakini Ərəstun Yusifov yaxalanıblar.

Araşdırma aparılır.

Mediainfo.az