Başından vurub 900 manatını apardılar

Başından vurub 900 manatını apardılar

13 İyul 2016 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər rayonunda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, iyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürüb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulub.

Araşdırma aparılır.

Mediainfo.az