Maskalılar ev sahibini öldürüblər, onun həyat yoldaşı isə xəstəxanalıq olub - GƏNCƏDƏ - FOTO

Maskalılar ev sahibini öldürüblər, onun həyat yoldaşı isə xəstəxanalıq olub - GƏNCƏDƏ - FOTO

13 İyul 2016 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Gəncə şəhərinin Dədə Qorqud küçəsi ev 19 ünvanına maskalı şəxslər basqın edib. Onlar Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (apa)

10:45

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə şəhər sakini 69 yaşlı Gülnaz Məmmədova döyülmə diaqnozu ilə gətirilib.Dərhal yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib.
Həkim Mehman Hüseynovun sözlərinə görə, xəstənin üzərində sol gicgah nahiyyəsində sifətin sol yarısında şişkinlik, dərin gematomalar aşkar olunub:

"Xəstə hazırda şöbəmizdədir, kəllə beyni travması əlamətləri müşahidə olunur. Müayinə dövründədir, ümumi vəziyyəti stabildi, müalicələr aparılır". (Kəpəz TV)

Mediainfo.az