İdmançı Emili bıçaqla qətlə yetirən erməniyə 13 il həbs istənilib - FOTO

İdmançı Emili bıçaqla qətlə yetirən erməniyə 13 il həbs istənilib - FOTO

13 İyul 2016 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Yekaterinburq şəhər məhkəməsində azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirməkdə ittiham olunan erməni Tiqran Çiçakyanın məhkəməsi davam edib.

Prokuror Çiçakaynın 13 il azadlıqdan məhrum olunmasını tələb edib.

Məlumata görə, Hüseynovun ölümüylə bağlı hadisə keçən ilin aprelində Yekaterinburq şəhərində yerləşən "U Saşi" kafesində baş verib. Mübahisə zəminində Çiçakyan azərbaycanlı futbolçunu bıçaqla qətlə yetirib.

Mediainfo.az