“Mamaroza”ya hökm oxunub

“Mamaroza”ya hökm oxunub

12 İyul 2016 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Xanım İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Xanım İsmayılova 9 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Xanım İsmayılova bir qrup şəxslə əlbir olaraq Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin İstanbul şəhərinə apararaq fahişəliyə cəlb edib.

Mediainfo.az