“Rövşən Lənkəranski”yə ölüm hökmü verən “Şakro Molodoy” tutuldu - FOTOLAR

“Rövşən Lənkəranski”yə ölüm hökmü verən “Şakro Molodoy” tutuldu - FOTOLAR

12 İyul 2016 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Zaxari Kalaşov "Ded Xasan"nın varisi olub

Hüquq-mühafizə orqanları Moskvada Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovu saxlayıb.

Rusiya kriminal aləminin "xaç atası" sayılan Aslan Usoyanın ("Ded Xasan") varisi ötən gün cinayət işi çərçivəsində tutulub.

"Şakro Molodoy" ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən "Elements" restoranında baş verən atışma ilə bağlı saxlanılıb.

Dekabrda baş verən hadisəyə görə, tutulanlardan biri "İtalyalı" ləqəbli avtoritet Andrey Koçuykovun "Şakro Molodoy" la sıx bağlılığı var. "Solntsevski qruplaşması" liderlərindən biri olan Koçuykovun "Elements" restoranına "razborka"ya məhz "Şakro Molodoy"un əmriylə getdiyi bildirilir.

Hadisənin "Elements" restoranının sahibəsi Janna Kim və dizayner Fatimə Misikova arasında baş vermiş borca görə baş verdiyi bildirilir. İddiaya görə, Kim Mosikovaya 8 milyon rubl (192 800 manat) borclu olub və borcu verməkdən imtina edib.

Misikova isə öz növbəsində kriminal aləmin nümayəndələrinə müraciət edərək məsələni həll etməyi xahiş edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəfdən iştirak edənlərlə "razborka"ya çıxıb. Onlarla Janna Kimin adamları arasında baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Andrey Koçuykov

Andrey Koçuykov

"Ded Xasan"ın ölümündən sonra nüfuzlu avtoritet "Şakro Molodoy" keçən il (Zaxari Kalaşov) İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. 2014-ci il dekabr ayında "Şakro Molodoy" İrəvanda genişmiqyaslı yığıncağ keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanlar Merab və Taronun cəzalandırmağını təklif edib.

Bəzi mənbələrin məlumatına görə, Z.Kalaşovun azadlığa çıxması ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayıb. Bunun əsas səbəbi isə "Ded Xasan"ın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə (Rövşən Lənkəranski) yönəlmişdi. Hətta "Şarko"nun onun ölüm hökümünü belə verdiyi deyilirdi.

"Ded Xasan"ın qətlində adı hallandırılan gürcü qanuni oğrular - Cemal Mikeladze (Cemo) ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər qanuni oğru Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib. Qeyd edək ki, hər iki qanuni oğru "Rövşən Lənkəranski"nin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, Şakro Molodoyun azadlığa çıxması ərəfəsində hədəf "Rövşən Lənkəranski" olub.

"Merab Canqveladze" Tariel Oniani ilə ("Taro") "Ded Xasan"a qarşı çıxan qruplaşmaya başçılıq edib. Bu qruplaşmanın lideri isə "Rövşən Lənkəranski"dir. "Merab" və "Taro" arasında telefon danışığından məlum olub ki, onlar 2012-ci ildə qətlə yetirilən "Ded Xasan"ın vurulmasına hökm veriblər. "Bu bizim hamımız üçün ad günüdür. Biz irəli yüz addım atdıq", - deyə "kriminal generallar" telefon danışıqlarında seviniblər. (ans)

Mediainfo.az