"Bütün "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına işləyirlər"

"Bütün "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına işləyirlər"

11 İyul 2016 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada siyasətə qoşulan və ya siyasətçilərə dəstək verən bütün güclü "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına işləyirlər.

Axar.az bildirir ki, bu iddianı Ukrayna mətbuatına müsahibəsində Milli Polisin rəhbəri Xatiya Dekanoidze söyləyib.

Onun sözlərinə görə, bu "qanuni oğru"ların bir nömrəli məqsədi ölkədəki kriminogen vəziyyəti pisləşdirməkdir:

"Mən tam əminəm ki, Ukraynada olan bütün gürcü, rus və ya ukraynalı "qanuni oğru"ların hamısı Rusiya Federal Təhlükəsizlik Xidmətinə çalışırlar. Elə "qanuni oğru"lar var ki, onlar siyasətə də qoşula bilərlər. Bu cür insanları biz Şevardnadzenin zamanında Gürcüstanda görmüşük".

Mediainfo.az