Gəlinlik paltarlarını qəsdən yandırtdıran Leyla Ağayeva tutuldu

Gəlinlik paltarlarını qəsdən yandırtdıran Leyla Ağayeva tutuldu

8 İyul 2016 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda gəlinlik paltarları satışı mağazasında paltarlar qəsdən məhv edilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyənləşib. Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Mediainfo.az