17 yaşlı soyğunçu müttəhimlər kürsüsündə

17 yaşlı soyğunçu müttəhimlər kürsüsündə

5 İyul 2016 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və soyğunçuluqda təqsirləndirilən 1999-cu il təvəllüdlü, Suraxanı rayon Hövsan qəsəbə sakini Fuad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 13-nə təyin edilib.

Qeyd edək ki, 17 yaşlı gənc Suraxanı rayon ərazisində soyğunçuluq hadisəsi törədib. Polis tərəfindən saxlanılan Fuad Hüseynovun oğurluq hadisəsi törətdiyi ortaya çıxıb. Ona Cinayət Məcəlləsinin 177( oğurluq), 180 (quldurluq) maddəsi ilə ittiham verilib.

Mediainfo.az