Sevdiyi qadını qısqanıb, qətl törətdi - 4-CÜ MİKRORAYONDA

Sevdiyi qadını qısqanıb, qətl törətdi - 4-CÜ MİKRORAYONDA

5 İyul 2016 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisənin motivi araşdırılır

Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qətl hadisəsi qeydə alınıb.

Belə ki. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Aqil M,