“Meşə qatilinə" ÖMÜRLÜK həbs

“Meşə qatilinə" ÖMÜRLÜK həbs

4 İyul 2016 17:05
269
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Radik Məmmədov ömürlük, N. Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçəni il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər. Radik Məmmədovun bir neçə oğurluq, quldurluq, qəsdən sağlamlığa ağır zərbə vurma kimi ayrı cinayət əməlləri də ortaya çıxıb.

Mediainfo.az