Şəhərin mərkəzində silahlı şəxs tutuldu

Şəhərin mərkəzində silahlı şəxs tutuldu

4 İyul 2016 14:58
283
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçiriblər.

Belə ki, idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayev həbs edilib.

Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TT" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Mediainfo.az