Adam bıçaqlayana 5 il hökm oxundu

Adam bıçaqlayana 5 il hökm oxundu

4 İyul 2016 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Abbaslı 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Bakının Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini Ramin Babayev naməlum şəraitdə bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı tutulub.

N. Abbaslı hadisənin münaqişə zəminində törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub

Mediainfo.az