Saytın baş redaktoru həbs edilib - 3 AY

Saytın baş redaktoru həbs edilib - 3 AY

4 İyul 2016 13:23
235
Bəyəndim (0) Bəyənmədim (0)

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu məlum olub.

Bu barədə apa-ya vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: "Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək".

Qeyd edək ki, F. Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi.

Mediainfo.az