Beyləqanlının 43 min manatını apardılar

Beyləqanlının 43 min manatını apardılar

1 İyul 2016 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunda içərisində külli miqdarda pul olan sellofan torbanı daşıyan şəxs hücuma məruz qalıb. Hadisə iyunun 29-da baş verib.

Beyləqan rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı naməlum şəxs alaraq hadisə yerindən qaçıb.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub.

Mediainfo.az