Bakıda əxlaqsızlıq yuvaları aşkarlanıb

Bakıda əxlaqsızlıq yuvaları aşkarlanıb

30 İyun 2016 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə, həmçinin, Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Mediainfo.az