Şirvanda törədilən qətlin üstü açılıb

Şirvanda törədilən qətlin üstü açılıb

24 Avqust 2011 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda avqustun 19-da törədilən qətlin üstü açılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, avqustun 19-da Şirvanda 9 bıçaq yarası ilə şəhərin Nizami küçəsi ilə Vidadi küçəsinin kəsişməsində aşkar edilən 1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Məmmədov Azər Abbasəli oğlunu qətlə yetirən şəxslər Şirvan polisinin keçirdikləri əməliyyat tədbiri nəticəsində İmişli şəhərində həbs ediliblər. Bunlar İmişli şəhər sakinləri 1991-ci il təvəllüdlü Əmirov Rauf Səyyub oğlu, 1991-ci il təvəllüdlü Qarayev Tural İxtiyar oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Surqut Akif oqludur. Hər üç şəxs həbs olunduqdan sonra Şirvan polis şöbəsinə gətirilib. Qeyd olunur ki, qətlə yetirilən şəxsə məxsus "Wolksvagen" markalı avtomobil də müsadirə edilərək Şirvan şəhərinə gətirilib. Cinayətkarlar mərhuma məxsus avtomobilin dövlət nömrə nişanlarını tranzit nömrə ilə dəyişərək avtomobilli bir müddət idarə ediblər. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.