Oğul atasını baltaladı - EVƏ GÖRƏ

Oğul atasını baltaladı - EVƏ GÖRƏ

24 İyun 2016 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 23-də Zaqatalanın Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.

Mübahisə əsnasında 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.

Z. İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Məlumata bildirilir ki, Z. İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az