Rusiyada qətlə yetirilmiş Azərbaycan vətəndaşı Lənkəranda dəfn olunub

Rusiyada qətlə yetirilmiş Azərbaycan vətəndaşı Lənkəranda dəfn olunub

23 İyun 2016 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi dava zamanı qətlə yetirilmiş Azərbaycan vətəndaşı, 43 yaşlı Maarif İsmayılov Lənkəran rayonunun Boladi kəndində dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə kütləvi dava olub. Azərbaycan vətəndaşı, 27 yaşlı Emil Hüseynov həmyerlisi, 43 yaşlı Maarif İsmayılovu tapançadan açdığı atəşlə qətlə yetirib. E. Hüseynov qaçmaq istəyərkən ticarətçilər tərəfindən yaxalanıb. O, M. İsmayılovu sifarişlə öldürdüyünü, ona 10 milyon rubl (238 min manat) vəd olunduğunu bildirib.

E. Hüseynov ticarətçilər tərəfindən döyüldüyü zaman xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az