Rusiyada polis işləmiş azərbaycanlı həmyerlisini güllələdi- FOTOLAR

Rusiyada polis işləmiş azərbaycanlı həmyerlisini güllələdi- FOTOLAR

21 İyun 2016 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Borc, yoxsa sifarişli qətl?!

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Sofiyski tərəvəz bazasında kütləvi dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşının öldürülməsinin bəzi təfərrüatları bəlli olub.

Bu barədə yerli polis xəbər verib.

Hüquq-mühafizə orqanları iyunun 20-də Sofiyski tərəvəz bazasında 100-200 nəfərin iştirakı ilə kütləvi dava düşdüyünü qeyd edib. Daha sonra Azərbaycan vətəndaşı 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı Maarif İsmayılovu tapançadan açdığı atəşlə qətlə yetirib. Hüseynov qaçmaq istəyərkən ticarətçilər tərəfindən yaxalanıb. Hüseynov onu yaxalayanlara İsmayılovu sifarişlə öldürdüyünü bildirib. Onun sözlərinə görə, bu qətli yerinə yetirdikdən sonra ona 10 milyon rubl (238 min manat - red.) veriləcəkdi.

Qətli törətməkdə şübhəli bilinən Emil Hüseynov ticarətçilər tərəfindən döyüldüyü zaman aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Digər versiyaya görə, hadisə borc səbəbindən baş verib. Hazırda araşdırmalar davam edir. Sofiyski tərəvəz bazası polis və OMON tərəfindən mühasirəyə alınıb. Hüseynovun 2000-ci ildə Daxili İşlər Nazirliyinin universitetini bitirdiyi, daha sonra Kirov rayonunda sahə müvəkkili işlədiyi qeyd olunur. Onun 2012-ci ilədək polisdə işlədiyi bildirilir. Rusiya mətbuatında hadisənin başvermə anının görüntüləri yayılıb. (ans)

Mediainfo.az

Hadisə yeri

Sofiyski tərəvəz bazası