Keçmiş rəis məhkəmədə son sözünü dedi

Keçmiş rəis məhkəmədə son sözünü dedi

20 İyun 2016 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində vəkillər çıxış edib.

Prosesdə Rəşad Məmmədovun vəkili Akif Əlizadə müdafiə çıxışı edərək, Rəşad Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Həmin cinayət işində Rəşad Məmmədov təqsirkar deyil, birbaşa zərərçəkəndir".

İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova müdafiə çıxışında bildirib ki, İsfəndiyar İsfəndiyarov 1 ildən çoxdur ki, günahsız yerə MTN təcridxanası yatıb: "Onların heç bir qanunsuz hərəkətləri sübuta yetirilməyib. Buna görə bəraət hökmünün çıxarılmalıdır".

Arzu Məmmədovun vəkili Gülnarə İlyasovada müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rəşad Məmmədov məhkəmədə son söz deyib. O bildirib ki, vəkilin dedikləri razıdır: "Günahım yoxdur, ədalətli qərarın çıxarmağınızı xahiş edirəm".

İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovda son sözlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

İsfəndiyarov çıxışında həbsdə olduğu zaman ən rahat olduğu gün oktyabrın 17-i olduğunu deyib: "Həmin məlum adam nazirlikdən getdi. O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Həmin günü mən zatən bəraət almışam".

Hökm saat 17:00 elan ediləcək.

Mediainfo.az