28 yaşlı qadın alverçisi tutuldu

28 yaşlı qadın alverçisi tutuldu

17 İyun 2016 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan 28 yaşlı qız həbs edilib.

Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Aygün Məmmədovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün Məmmədova tutularaq istintaqa təhvil verilib. Onun Azərbaycan vətəndaşı olan qadınları Türkiyə Respublikasının Sakarya şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlum olub ki, Aygün Məmmədova üç qadını Türkiyənin həmin şəhərinə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az