Ticarət mallarının topdan satışı ilə məşğul olan iş adamını öldürüblər - XAÇMAZDA

Ticarət mallarının topdan satışı ilə məşğul olan iş adamını öldürüblər - XAÇMAZDA

16 İyun 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Aqil M.