"SON ZƏNG"də dava düşdü! - GƏDƏBƏYDƏ
Bıçaqlananlar var
Gədəbəy rayonunun Çaldaş kəndindəki məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.
Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Aqil M.
Digər xəbərlər