Qardaşını güllələyən şəxs hələ tapılmayıb

Qardaşını güllələyən şəxs hələ tapılmayıb

10 İyun 2016 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxıda qardaş qardaşa silah çəkib. Ov tüfəngi ilə doğma qardaşını güllələyib öldürən şəxs, öz həyat yoldaşına da güllə atıb.

Hadisə ötən gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 nömrəli evdə qeydə alınıb. 45 yaşlı Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı 49 yaşlı Azəri güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Baş verən qətl zamanı əlində silah olan Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 34 yaşlı İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Məlumata görə uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib. Hadisəni törədərək qaçan Azad Rəşidzadənin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. (ans)

Mediainfo.az