18 yaşlı gənc qətl törədib

18 yaşlı gənc qətl törədib

22 Avqust 2011 10:27
700
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə ağır qətl hadisəsi baş verib. Bu barədə APA-ya Şəmkir rayon prokurorluğundan bildirilib. Hadisə rayonun Düyərli kəndində yerləşən orta məktəbin həyətində qeydə alınıb. Kənd sakini, 18 yaşlı Elvin Yusifov münaqişə zəmində həmkəndlisi, 20 yaşlı Haqverdi Əhmədovu bıçaqlayıb. Ürəyindən bıçaq xəsarəti alan H. Əhmədov hadisə yerində keçinib. Hadisəni törədən E. Yusifov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Münaqişə zamanı söz yağış kimidir-birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda-fəlakət.

Tofiq Əliyev

O.M.