Gədəbəydə dəhşət: 16 yaşlı oğlan baba və nənəsini öldürdü

Gədəbəydə dəhşət: 16 yaşlı oğlan baba və nənəsini öldürdü

2 İyun 2016 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini Səyyad Ələsgərov və onun həyat yoldaşı Bəsti Əliyeva qətlə yetirilib. Ər-arvadın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti yaşadıqları evdə aşkar olunub.

Hadisə yerinə Gədəbəy rayon prokurorluğu və polis şöbəsinin əməliyyat qrupu gəlib. Qətlin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

İlkin məlumata görə, yaşlı ər-arvad 16 yaşlı nəvəsi ilə yaşayırmışlar. Elə 16 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb və prokurorluqda dindirilir. Yaşlı ər-arvadın 16 yaşlı nəvələri tərəfindən öldürüldüyü ehtimal edilir.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mediainfo.az