14 yaşlı qızı satmaq istəyən azərbaycanlı tutulub

14 yaşlı qızı satmaq istəyən azərbaycanlı tutulub

19 Avqust 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada Azərbaycan vətəndaşı yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb etməkdə ittiham olunur. İstintaq zamanı məlum olub ki, cari ilin mart ayında 25 yaşlı azərbaycanlı işə düzəltmək bəhanəsi altında 14 yaşlı Ukrayna vətəndaşını fahişəliyə cəlb edib.

Məlumata görə, bu ilin aprel ayında o, qızı cinsi istismar məqsədi ilə 10 min rubla (270 manat) satmaq qərarına gəlib. Bu barədə məlumat əldə edən hüquq-mühafizə orqanları aprelin 8-də həyata keçirdikləri xüsusi əməliyyat zamanı azərbaycanlını saxlayıblar.

İşin araşdırması Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsinin Tümen şəhəri üzrə istintaq şöbəsi tərəfindən aparılır. Həmyerlimiz Rusiya Federasiyası Cinayət Məcəlləsinin 240 (Yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmək) və 127-ci maddələri (Yetkinlik yaşına çatmayan şəxsi satmağa cəhd) üzrə ittiham olunur. Azərbaycan vətəndaşına qarşı qaldırılan cinayət işinin araşdırması Tümen vilayət Prokurorluğunun nəzarətindədir.

Asan yolla pul qazanmaq istədi, daha da çətinə düşdü.

Tofiq Əliyev

O.M.