Paytaxtda dava: bir nəfər ölüb, digəri ağır yaralanıb

Paytaxtda dava: bir nəfər ölüb, digəri ağır yaralanıb

19 Avqust 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə paytaxtda 8-ci mikrorayon, 11a saylı binanın 5-ci mərtəbəsində dəhşətli qətl törədilib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Baqya Aleksandr Valeriyeviç 1980-ci il təvəllüdlü Emil Şaban oğlu Vəlixanovu və 1984-cü il təvəllüdlü İsmət Məmmədovu bıçaqlayıb.

Nəticədə E. Vəlixanov ürəyindən aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. İ. Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs artıq tutulub. İlkin məlumata görə, hadisə qız məsələsi ilə əlaqədardır. Binəqədi polisindən həmçinin bildirilib ki, qətlə yetirilən E. Vəlixanov ARDNŞ-də mühəndis işləyir.

Faktla bağlı cinayət işi başlanılıb.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.