Arvad qatili məhkəmə qarşısında

Arvad qatili məhkəmə qarşısında

1 İyun 2016 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Tahir Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki Yeni yaşayış massivində baş verib.

1983-cü il təvəllüdlü Tahir Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib.

Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən yolda dünyasını dəyişib. Tahir Mürsəlov Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanıb.

Tahir Mürsəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı iyunun 15-nə təyin edilib.

Mediainfo.az