Çoxsaylı oğurluqlar törətmiş şəxslər tutulub

Çoxsaylı oğurluqlar törətmiş şəxslər tutulub

18 Avqust 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 15-də və 16-da Novxanı qəsəbəsindəki dəniz çimərliyində, Ucar rayon sakinləri Orxan Məmmədova, Füzuli Ələkbərova və Abşeron rayon sakini Zakir Əliyevə məxsus mobil telefonlar, qızıl və şəxsi əşyalar oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Corat qəsəbə sakinləri Mahir Abdullayev və Zaur Musayev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 16-da Ceyhun Həsənova, Vurğun Məmmədova, Elşən Əfəndiyevə məxsus pul, mobil telefon, geyim əşyaları və şəxsi sənədlər oğurlamaları da müəyyən edilib.

Oğurluğun ömrü heç 40 gün də çəkmədi.

Tofiq Əliyev

O.M.