Yanan da oldu,  ölən də...

Yanan da oldu, ölən də...

12 Aprel 2011 13:47
856
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Respublikası FHN-dən bizə daxil olan məlumata görə, 12 apreldə ölkə daxilində aşağıdakı fövqəladə hadisələr baş vermişdir:

Goranboy rayonu, Yolqulular kəndində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyü 6 kv.m sahədə və ona bitişik yerləşən ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyü 12 kv.m sahədə yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Əlibayramlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyü və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndində Elektrik Şəbəkəsinə məxsus ümumi sahəsi 8 kv.m olan vakuum açarları saxlanılan tikilidə 10 p.m kabel yanmışdır. Yarımstansiya tikilisi və vakuum açarları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Balatəknə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyü 46 kv.m sahədə və içərisinə yığılmış 1250 kq ot bağlaması yanmışdır. Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Abşeron rayonunda "ZİL" markalı yük avtomobili ilə "RANGE ROVER" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "ZİL" markalı yük avtomobilinin sürücüsü yaralanmış, "RANGE ROVER" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış iki nəfərin cəsədini nəqliyyat vasitəsindən çıxarmış, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:24-də başa çatmışdır.

Fəlakət çağırılmamış qonaqdır. Ona görə də qapını döymədən gəlir. Qapı-pəncərəmizi sıx-sıx bağlasaq, yəni gündəlik həyatda ehtiyatlı olsaq, heç bir fəlakət bizim həyatımıza soxula bilməz.

Günel Şahməmmədova

O.M.