Sabirabadda bıçaqlanma qeydə alınıb

Sabirabadda bıçaqlanma qeydə alınıb

11 Avqust 2011 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunun Əsədli kənd sakini 1985-ci il təvəllüdlü Əliyev Teymur Səmədağa oğlu şəxsi münaqişə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Fərzəliyev Xəqani Füzuli oğlunu bıçaqlayıb. X. Fərzəliyev Sabirabad Mərkəzi Rayon Xəstəxanasına qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta-ağırdır. Teymur Əliyev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bıçaq adi məişət əşyası olsa da, hərdən qeyri-dinc məqsədlərlə də istifadə olunur.

Tofiq Əliyev

O.M.