Qubada ev yandı

Qubada ev yandı

12 Aprel 2011 12:07
1 191
Bəyəndim (0) Bəyənmədim (0)
Yaşlı qadın köməksiz vəziyyətdə qapı arxasında qalıb

Azərbaycan Respublikası FHN-dən aldığımız məlumata görə, 11 aprel 2011-ci il saat 17:00-da Bakı şəhəri Yasamal rayonunda bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Sokolova Anna Alekseyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində A.Sokolovanın vəfat etdiyi məlum olub.

Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 9 otaqlı fərdi evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həyat yaşamağı bacaranlarındır. Bacarmaq üçünsə hər zaman, hər yerdə və istənilən şəraitdə diqqətli olmaq lazımdır...

Hafiz Əhmədov

O.M.