Qonşu qonşunu torpaq sahəsinə görə bıçaqladı

Qonşu qonşunu torpaq sahəsinə görə bıçaqladı

10 Avqust 2011 14:22
1 096
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün günorta saatlarında Kürdəmirin Qarasaqqal kəndində bıçaqlanma qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Əhmədov Mahir Zakir oğlu qonşusu 1978-ci il təvəllüdlü Rəsulov Rüstəm Kazım oğlunu torpaq sahəsi ilə bağlı şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı bıçaqlayıb. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən 5 bıçaq yarası alan Rüstəm Rəsulov Kürdəmir Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. M. Əhmədov tutularaq barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Torpaq sahəsinə görə, mübahisə etmək lazım deyil. Çünki, torpaq onların heç birinin deyil. Onları torpağındırlar.

Tofiq Əliyev

O.M.