Bank müdirinin qətli ilə bağlı qərardan kassasiya şikayəti veriləcək

Bank müdirinin qətli ilə bağlı qərardan kassasiya şikayəti veriləcək

6 Aprel 2016 16:11
353

Bakı Apellyasiya Məhkəməsində "Zaminbank" filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun şikayətinə baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda Mövlud Səfərovun vəkili Cavid Rzazadə vəsatət verib. Vəkil cinayət işinə xitam verilməsini və işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib və məhkəmə istintaqa keçirilmədən baxış olacağı barədə qərar qəbul edilib. Məhkəmənin növbəti iclası aprelin 12-ə təyin olunub.

Cavid Rzazadə bildirib ki, qərardan kassasiya şikayəti verəcəklər.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 21-də "Avropa" otelinin idman zalında baş verib. Münaqişə zamanı Azər Məmmədov, Ruslan Əfəndiyev və Ceyhun Nağıyev xəsarət alıb. A.Məmmədov hadisə yerindəcə vəfat edib. Hadisəni törətməkdə təqsirləndirilən Sənan Quliyev ömürlük, Mövlud Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.

Mediainfo.az