Naxçıvanda kişi arvadını öldürdü, qızını çəkiclə döydü

Naxçıvanda kişi arvadını öldürdü, qızını çəkiclə döydü

10 Avqust 2011 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Naxçıvan Muxtar Respublikasında ağır qətl hadisəsi baş verib. Şərur Rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saat 19.00 radələrində rayonun Çərçiboğan kəndində qeydə alınıb. Kənd sakini İlham Novruzov qısqanclıq zəminində həyat yoldaşı Kifayət Novruzovanı və azyaşlı qızı Vəsiləni çəkiclə döyüb. Daha sonra isə o, bıçaqla hər iki şəxsə çoxsaylı zərbələr endirib. Nəticədə Kifayət Novruzova aldığı xəsarətlərdən dünyasını dəyişib. Qızı Vəsilə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, məhkumluq həyatı yaşayan İ.Novruzov həmin gün ailəsini görmək üçün evə gəlibmiş. Faktla bağlı Şərur rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Qadınlar qısqanclığı bağışlamır. Onun olmamağını isə heç bağışlamırlar. Bu hal ifrata varanda isə çox ağır nəticələrə səbəb olur.

Tofiq Əliyev

O.M.