Qardaş qatilinə hökm oxunub

Qardaş qatilinə hökm oxunub

5 Aprel 2016 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Ramil Muşarapovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə R.Muşarapov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əslən Tatarıstan Respublikasından olan Bakı sakini Ramil Muşarapov münaqişə zəminində qardaşı Renat Muşarapovu bıçaqlayaraq qətlə yetirib.

Mediainfo.az