Oğlan uşağına təcavüz edən şəxsi həbsxanada ülgüclə doğradılar

Oğlan uşağına təcavüz edən şəxsi həbsxanada ülgüclə doğradılar

1 Aprel 2016 17:59
534

Türkiyənin Bingöl şəhərində 16 yaşında yeniyetməni cinsi istismar edən 7 nəfər saxlanılıb.

BAKU.WS-in məlumatına görə, ifadəsi alınan 7 şübhəlidən 6-sı sərbəst buraxılsa da, 1 nəfər həbs olunub. Həbs olunan G.Ç. adlı şəxs həbsxanada digər məhkumların bıçaq və ülgüclə hücumuna uğrayaraq ağır yaralanıb və gecə yarısı xəstəxanaya aparılıb.

Yeniyetmənin cinsi istismar edildiyi isə həkimə getdikdən sonra məlum olub. Mədə və bağırsaq şikayətləri səbəbiylə Bingöl Dövlət Xəstəxanasına gedən 10-cu sinif şagirdi E.E.-nin müayinə zamanı dəfələrlə cinsi istismara məruz qaldığı ortaya çıxıb. E.E.-ni müayinə edən həkimin xəstəxana polisinə xəbər verməsindən sonra istintaq başladılıb. Oğlan uşağını cinsi istismar edən 40-60 yaşlarında 7 nəfər saxlanılıb. Onlardan yalnız birinin günahı sübuta yetirilib.

Həbsxanada hücuma məruz qalan şəxsin həyati təhlükəsinin davam etdiyi bildirilir. Şübhəli G.Ç.-nin evli və 2 uşaq atası olduğu və zərər çəkmiş E.E. ilə eyni məhəllədə yaşadığı məlum olub.

Cinsi istismar qurbanı E.E. də səhhəti ilə əlaqədar olaraq xəstəxanada müalicə olunub. Zərər çəkmiş şəxs E.E.-nin anasının 3 il əvvəl çörək bişirərkən müvazinətini itirərək təndirə düşdüyü və yanaraq öldüyü, bacısının da anasının ölümündən 1 il sonra intihar etdiyi bildirilib. E.E.-nin atasının isə böyrək xəstəsi olduğu qeyd edilib.

Mediainfo.az