Astara sakini həmkəndlisini baltalayıb

Astara sakini həmkəndlisini baltalayıb

9 Avqust 2011 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Astara sakini həmkəndlisini baltalayıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonun ucqar yaşayış məntəqəsi olan Romi kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Malid Rukiyev şəxsi münaqişə zəminində həmkəndlisi, 53 yaşlı İlham Rüstəmova balta ilə ağır bədən xəsarəti yetirib. Bir neçə balta yarası alan İlham Rüstəmov təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Çoxlu qan itirməsinə baxmayaraq, həkimlər onu xilas edə biliblər. Hadisəni törətməkdə təqsirli bilinən Maldi Rukiyev saxlanılıb və hadisə ilə bağlı istintaqa ifadə verib.

Tofiq Əliyev

O.M.