Jurnalisti döyərək öldürənlərin yaxınları etiraz edirlər - FOTOLAR

Jurnalisti döyərək öldürənlərin yaxınları etiraz edirlər - FOTOLAR

1 Aprel 2016 12:26
373

Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən sonra məhkəmə binası qarşısında gərginlik yaranıb.

Musavat.com-un əməkdaşı xəbər verir ki, daha çox təqsirləndirilən Samir Mustafayevin yaxınları narazılıq ediblər. Onun bacısı bildirib ki, qardaşı günahsızdır: "Allah Elşənin bəlasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi".

Samir Mustafayevin yaxınları vətəndaşlıqdan imtina edəcəklərini, Amerika səfirliyinə müraciət edəcəklərini bəyan ediblər.

Azadlıqdan məhrum edilən şəxslərin yaxınları qərara etiraz edib, jurnalistləri yalan xəbərlər yaymaqda günahlandırıblar.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay , C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com