Sumqayıtda qadın özünü atdı

Sumqayıtda qadın özünü atdı

12 Aprel 2011 10:44
972
Bəyəndim (0) Bəyənmədim (0)
İntiharın səbəbi hələ məlum deyil

Bu dəqiqələrdə bizə daxil olan məlumata görə, Sumqayıt avtovağzalına yaxın ərazidə yerləşən (qeyd: ünvan dəqiqləşdirilir) binaların birində səhər saatlarında intihar hadisəsi baş verib. Orta yaşlarda olan bir qadın naməlum səbəblərdən özünü beşmərtəbəli binanın dördüncü mərtəbəsindən ataraq intihar edib. Fakt üzrə araşdırma aparılır.

O.M.