İrandan ölkəmizə narkotik maddə keçirmək istədilər

İrandan ölkəmizə narkotik maddə keçirmək istədilər

8 Avqust 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Məlumata görə, iyulun 19-da Astara rayonunun Sım kəndi istiqamətində İrandan qaçaqmalçı qrup tərəfindən respublikamıza 12 kiloqram həşiş və 1 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar sərhəd naryadının komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq və relyefin dağlıq olmasından yararlana biliblər. Qrup üzvləri əllərində olan qaçaqmalı hadisə yerində ataraq geriyə, İrana qaçmağa müvəffəq olublar.

Gecə qara, cücə qara olsa da, sərhədçilərin sayıqlığı qaçaqmalçıların qara əməlinə mane oldu.

Tofiq Əliyev

O.M.