Sumqayıtda bir nəfər güllələndi

Sumqayıtda bir nəfər güllələndi

5 Avqust 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda silahlı insident baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün qeydə alınıb. Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Musa Yaqub oğlu Bayramov həmyerlisi, 28 yaşlı Qiyas Əfqan oğlu Qubadovu yaşadığı evin qarşısında güllələyib. Nəticədə qolundan güllə yarası alan Q. Qubadov xəstəxanaya yerləşdirilib. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən M. Bayramov tutulub. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb. Araşdırmalar zamanı məlum olub ki, M. Bayramov əvvəllər də adam öldürməkdə və soyğunçuluqda təqsirli bilinərək iki dəfə məhkumluq həyatı yaşayıb. O, ilkin ifadəsində Q. Qubadovu qısqanclıq zəminində güllələdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qadınlar qısqanclığı bağışlamır. Onun olmamağını isə heç bağışlamırlar. Bu qısqanclıq ifrata varanda isə acı nəticələrə səbəb olur.

Tofiq Əliyev

O.M.