Ət daha da qırmızı olsun deyə süni boyadan istifadə edirlərmiş

Ət daha da qırmızı olsun deyə süni boyadan istifadə edirlərmiş

5 Avqust 2011 16:12
805
Bəyəndim (0) Bəyənmədim (0)

İstehsalda həddən artıq saxtalığa yol verilən Çində yeni bir iddia ortalığı qarışdırdı. Əldə edilən məlumata görə, bu ölkədə qida maddələrinə yaxşı satılması və pul qazanılması üçün kimyəvi maddələr qatılırmış. Hətta əti daha qırmızı göstərmək üçün ona süni rənglər belə vurulurmuş. Çin polisinin aprel ayında start verdiyi əməliyyat nəhayət ki, sona çatdı. 2000 nəfər tutuldu, 5000 müəssisə bağlandı.

Xatırladaq ki, istehlakçıların son dönəmlərdə ən böyük narahatlığı məhz qida sektoru ilə bağlı idi. Xüsusilə süd sənayesi onların kabusuna çevrilmişdi. Çünki 2008-ci ildə 6 uşağın ölümünə, 300-ün nasazlanmasına səbəb olan süddə melamin tapılmışdı. Bu skandaldan sonra ölkədə istehsalçılar üçün bəzi qadağalar qoyulmuşdu.

Ucuz, "kitayskiy" ətin şorbası olmaz.

Günel Həbib

O.M.