Kürdəmirdə qan töküldü

Kürdəmirdə qan töküldü

5 Avqust 2011 15:23
824
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda bıçaqlanma qeydə alınıb. Rayonun Şilyan kəndi sakini Sədiyar Qədirov münaqişə zəminində həmkəndlisi 23 yaşlı Kənan Qafariyə bıçaqla xəsarət yetirib. Sədiyar Qədirov tutulub. Məlumata görə, S.Qədirovun bıçağa əl atmasına səbəb oğlunun şərəf məsələsi olub. Belə ki, bıçaqlanan Kənan Qafarinin qardaşı Nihad, təxminən 3 gün əvvəl Sədiyarın oğlunun nişanlısını qaçırıb. Ata oğluna qarşı edilən hörmətsizliyi qəbul etməyərək həmkəndlisi ilə bıçaq davasına çıxıb. Onu da əlavə edək ki, qız könüllü qoşulub qaçdığından polisə bununla bağlı hər hansı şikayət daxil olmayıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.