İş adamının itlərini oğurladılar, 300 min dollar pul istədilər

İş adamının itlərini oğurladılar, 300 min dollar pul istədilər

4 Avqust 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Sidney şəhərində İan Lazar adlı iş adamına aid olan 4 iti qaçıran mafiya ondan 300 min Avstraliya dolları tələb etdi. Biri "Fino", biri "Malta", digər ikisi isə "Şih-tzu" cinsli itləri qaçıranlar əks təqdirdə onların boğazlarını kəsəcəklərini bildirdilər. Vəfalı dostlarını hər gün geyindirib gəzdirən, axşamlar isə gecəliklərini geyindirib yatızdırdığını söyləyən Lazar boşandığı zaman onlara görə arvadı ilə mübahisə belə edib. 39 yaşlı zəngin itlərini tapan adama yüksək miqdarda mükafat verəcəyini vəd edib.

Camaat itinin də qədrini bilir.

Günel Həbib

O.M.