Biznesmenə hədə-qorxu gələrək pul tələb etmiş şəxslər tutulub

Biznesmenə hədə-qorxu gələrək pul tələb etmiş şəxslər tutulub

4 Avqust 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazov tutulub. Onlar əlbir olaraq Qaradağ rayonu ərazisindəki daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gələrək hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyaraq, 5.000 manat almaqda təqsirli bilinirlər.

Asan yolla pul qazanmaq istədilər, daha da çətinə düşdülər.

Tofiq Əliyev

O.M.