Qadınları cinsi istismara məruz qoyan şəxslər həbs olunub

Qadınları cinsi istismara məruz qoyan şəxslər həbs olunub

4 Avqust 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan qadınlarını Türkiyə və Dubaya apararaq cinsi istismara məruz qoyan 4 nəfər həbs edilib. Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aybəniz Kadıoğlu, Nübar Quliyeva, Sumqayıt şəhər sakini Bahar Haqverdizadə və Qazax rayon sakini Aynur Əliyeva insan alveri ilə məşğul olaraq cinsi istismar məqsədilə qadınları Türkiyə və BƏƏ-nin Dubay Əmirliyinə aparması faktına görə tutulublar. Faktla bağlı araşdırmalar davam etdirilir.

İncə məxluqların kobud işləri.

Tofiq Əliyev

O.M.